Yük avtomobili yanıb
29/07/2020

Goranboyda otla dolu yük avtomobili yanıb.
"XəbərBuro" xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində olub. Yük maşının qoşqusuna yığılan ot bağlamaları qəfil od tutub.
Hadisə yerinə FHN-nin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib və yanğın söndürülüb.
Hadisə zamanı Bakı-Qazax avtomagistralında tıxac yaranıb. Hadisənin baş vermə səbəblərinə dair araşdırmalar davam etdirilir.