“YouTube”da genişmiqyaslı kinofestival keçiriləcək

Esed Abasli 28/04/2020

Mayın 29-dan iyunun 7-nə qədər “YouTube” videohostinqində genişmiqyaslı “We Are One” kinofestivalı keçiriləcək. Bu barədə RT xəbər yayıb.


Bildirilir ki, festivalda Kann, Venesiya, Toronto, Lokarno və başqa şəhərlərdən 20-dən çox kinoforum iştirak edəcək.

“İnsanları ruhlandıran və birləşdirən, sərhədləri və fərqləri yox edən, dünyaya şəfa verən kinonun misilsiz rolu haqqında tez-tez danışırıq. Hazırda bizim şəfa tapmağa ehtiyacımız var”, - deyə “Traybeka” kinofestivalının direktoru Ceyn Rozental bildirib.

Yığılan vəsait ÜST-ün koronavirusla mübarizə aparan tərəfdaşlarına veriləcək.