Yolu keçmək istəyən şəxsi maşın vurub öldürdü
Leyla Aliyeva 12/09/2020
Paytaxtın Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "XəbərBuro" bildirir ki, Nizami rayonu ərazisində yolu keçən 30-35 yaşlarında kişi Bakı şəhər sakini O.Həsənovun idarə etdiyi “Volkswagen” markalı avtomobillə vurulub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.