
Yılmaz Vural koronavirusa qalib gəldi
25/06/2020
Türkiyənin “Akhisarspor” klubunun kollektivi növbəti dəfə testdən keçirilib.
"Xəbərburo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, sonuncu analizlər nəticəsində baş məşqçi Yılmaz Vural və 3 futbolçunun koronavirusdan sağaldığı müəyyənləşib.
Belə ki, onların testlərinin nəticəsi neqativ çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Koronavirus testi müsbət çıxan şəxslərin müalicəsi isə davam etdirilir. Onların xüsusi karantinə alındıqları bildirilir.
Xatırladaq ki, “Akhisarspor”un kollektivi iyunun 21-də “Altay”la oyun öncəsi koronavirus testindən keçmiş və 12 nəfərdə bu pandemiyaya rast gəlinmişdi.
Related Articles











2022-02-12 12:37:17
Azərbaycanda vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradılıb











2021-12-11 13:12:04
Dövlət orqanlarının bütün əməkdaşlarına fevralın 1-dək vaxt verildi - QƏRAR

