Yığmamız Ümumdünya Şahmat Olimpiadasında 1/4 finala vəsiqə qazanıb

Məmmədzadə Zərintac 23/08/2020


Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası qrup oyunlarını lider kimi bitirərək, birbaşa 1/4 finala vəsiqə qazanıb.

Oxu.Az-a istinadən "XəbərBuro" xəbər verir ki, B qrupunda mübarizə aparan və heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Günay Məmmədzadə, Türkan Məmmədyarova, Aydın Süleymanlı və Gövhər Beydullayevanın oynadıqları komandamız bu gün daha üç görüş keçirib.

Komandamız hər üç qarşılaşmada qalib gəlib.

Əvvəlcə İspaniya yığması şahmatçılarımız önündə aciz qalıb – 2:4. Ardınca Norveç millisi masadan məyus ayrılıb – 0.5:5.5.

Sonuncu qarşılaşmada isə Fransanı 3.5:2.5 hesabı ilə məğlub edən yığmamız 14 xalla qrup lideri kimi növbəti mərhələyə yüksəlib.