Yevlaxda avtomobil aşıb, xəsarət alan var
12/08/2020

Yevlaxda minik avtomobili aşıb, sürücü xəsarət alıb.
"XəbərBuro"-nun məlumatına görə, hadisə rayon ərazisindəki "Toxumçuluq" adlı yerin qarşısında qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü, Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Xəyal Məddiyev xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.