Yerə asteroid yaxınlaşacaq

Məmmədzadə Zərintac 23/08/2020

Yerə nömrəsi 2018VP1 olan kiçik asteroid yaxınlaşacaq.

“XəbərBuro"  xəbər verir ki, məlumatı NASA Tədqiqatlar Mərkəzi yayıb.

Asteroidin diametri 2 metrdən 4 metrə qədərdir.  noyabrın 3-də   kosmik obyekt dünyaya maksimal yaxınlıqdan ötüb keçəcək.

Ancaq  NASA bildirib ki, asteroid Yer üçün təhlükəli olmayacaq.

Asteroid “Apollonlar” qrupundandır və 2018-ci ildə kəşf edilib.