Yeni növ koronavirusun bitəcəyi tarix açıqlanıb
21/08/2020

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun iki ildən az müddətdə bitəcəyini ehtimal edir.
“XəbərBuro” xəbər verir ki, bununla bağlı ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus söyləyib.
“Hazırki dönəmdə daha çox texnologiyalar mövcuddur. Virus sürətli yayılır, ancaq onu dayandırmaq üçün texnologiyamız var. Buna görə iki ildən az müddətdə bu pandemiyanı bitəcəyinə ümid edirik”- o deyib.
Ümumdünya Səhiyyə Təşkilatı 11 martda COVİD-19-u pandemiya elan edib.