“Yeni imtahan konsepsiyasının üzərində işləyirik”

Röya Vahabova 17/07/2020

“Gələcək üçün yeni imtahan konsepsiyanın üzərində işləyirik”.

“Xəbərburo” xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib. O bildirib ki, növbəti imtahanlarda bu formatdan istifadə olunmasa da, yaxın gələcək üçün planlaşdırılır:

““Open book” layihəsi üzrə də müzakirələr gedir. Belə ki, bu formada keçirilən imtahanlarda iştirakçılara əlavə vəsaitdən istifadə üçün icazə verilir və onlayn imtahanlar üçün daha uyğundur. Belə növ imtahanların gələcəkdə keçirilməsi planlaşdırılır”.