YENİ AZƏRBAYCAN PARTİYASININ ŞANLI QƏLƏBƏDƏ ROLU

Esed Abasli 13/03/2021

Həyatının böyük bir hissəsini xalqına, vətəninə, torpağına həsr edən Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır. Ulu Öndərimiz hər zaman Azərbaycanlı olmağın fəxrini yaşamış, daim bununla öyünmüşdür. Dahi şəxsiyyət millətinə xidmət etməkdən zövq almış, Azərbaycanın azadlığı uğrunda canından belə keçməyə hazır olmuşdur. Dünya tarixində və yaddaşlarda silinməz iz qoymuş, qətiyyətli, müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsi olan Ümumilli lider sayılıb-seçilən işlər görmüş, doğma Azərbaycanımız uğrunda əvəzsiz fəaliyyətləri olmuşdur. Tarix bu şəxsiyyətin milləti üçün etdiyi fədakarlıqları, xalqının rifahı naminə gördüyü xidmətləri, qəlbinin gənclik eşqi ilə alışıb yanmasını unutmayacaq. Hər zaman gözəl qəlblərdə, dərin yaddaşlarda, tarixin şanlı səhifələrində qalacaqdır. Müasir dövrümüzdə də uşaqdan böyüyə onun adı gələndə sevinc və qürurla döyünəcək nəbzimiz. Qanında Azərbaycanlı qanı axan hər bir vətəndaş da hər zaman ismini qürurla anıb, ruhu qarşısında baş əyəcək:“Mən bütün həyatımı xalqıma xidmət etməyə həsr etmişəm, bundan sonra da bu yolla gedəcəyəm, başqa yolum yoxdur. Vətənə, xalqıma, millətimə məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur...Heydər Əliyev Müstəqilliyin qazanılmasında, yaranan çətinliklərin aradan qaldırılmasında, xalqın inkişafınının təmin edilməsində, Azərbaycanın uğurlara və böyük işlərə imza atmasında Yeni Azərbaycan Partiyasının (YAP) müstəsna rolu olmuşdur. Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətə əsaslandığını və onun fəaliyyətinin mənəvi saflığa xalqa xidmətə adayan Ümummilli Lider heç şüpəsiz YAP-ın bu günki fəaliyyətini sanki görərək o məşhur kəlamı demişdir. “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”

Yeni Azərbaycan Partiyasının yaradılmasında əsas məqsəd ölkəni mövcud böhrandan xilas etmək idi.  Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrildi.

“Yeni Azərbaycan Partiyası parlament tipli partiyadır və qəbul etdiyi proqramına uyğun olaraq özünün məqsədləri vardır: Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli, dini və dil mənsubiyyətindən asılı olmayaraq bütün vətandaşlarının bərabər hüquqlara malik olduğu sivilizasiyalı, demokratik, hüquqi dövlət yaradılması. Lakin ön planda Azərbaycanın qarşısında duran ən mühüm və təxirəsalınmaz problemlərin həlli dayanır – hər şeydən əvvəl, respublikanın genişmiqyaslı xarakter almış müharibə vəziyyətindən çıxarılması. Qarabağ probleminin həll olunması, habelə ağır sosial – iqtisadi böhranın dəf edilməsi.” (Heydər Əliyevin Moskvada çıxan “Nezavisimaya qazeta”ya müsahibəsindən)


 Şüpəsiz partiyanın gələcəyi ölkəmizin gələcəyi kimi Ümummilli liderin bilik və bacarıqlarını mənimsəmiş və onun yüksək siyasi dehasından təcrübələnmiş şəxs başçılıq etməli idi. Və o İlham Əliyevdən başqası deyildi.

2005-ci ildən etibarən  Heydər Əliyevin əmanət etdiyi Yeni Azərbaycan Partiyasına Cənab İlham Əliyevin başçılığı ilə daha sürətlə inkişaf edir, partiyanın inkişafı uğrunda bir sıra mühüm işlər, tədbirlər görüb və görməyə davam edir.

Prezidentimiz tərəfindən həyata keçirilən islahatlar respublikamızın ictimai – siyasi,  sosial, iqtisadi və mədəniyyət sahələrində uğurlu inkişafa şərait yaradıb.


Ulu öndərimizin bizə miras qoyub getdiyi uğurlu və güclü  siyasətini müasir dövrdə davam etdirən cənab prezident İlham Əliyev möhkəmləndirərək ərazi bütövlüyümüzü bərpa etmişdir. Bu Şanlı qələbədə ilk öncə prezidentimizin uğurlu siyasəti,xalqın birliyi, dost ölkələrdən, xüsusilə qardaş ölkə olan Türkiyənin yanımızda olub, dəstək göstərməsi, daha sonra Yeni Azərbaycan Partiyasının göstərdiyi fəaliyyət və iradə sonsuz vətən sevgisinin parlaq nümunəsidir. Vətən müharibəsində bunun bir daha şahidi olduq. Müharibə zamanı erməni vandallarının Gəncədə, Bərdədə,Tərtərdə törətdiyi qanlı cinayətləri dünya siyasi arenasına  çatdırmaqda YAP’ın sədri möhtərəm İlham Əliyevin və partiyanın fəallarının çox mühüm rolu olmuşdur. Düşmənin azğınlaşmış əməllərinə cavab döyüş meydanında verilmişdir. Rəşadətli ordumuz döyüşkənliyi, əzmi və fədakarlığı ilə möhtəşəm qələbəyə imza atmışdır. Azərbaycan xalqı dəmir yumruq altında birləşib, düşmənə sarsıdıcı zərbələr vurub, tarixi torpaqlarımızı azad etmişdir.  Bu qürur izah olunmaz bir hisdir! Bu hissi isə sadəcə yaşayanlar bilər! Şüpəsiz xalqın partiyası olan Yeni Azərbaycan partiyası müharibə və postmüharibə dövründə xalqının yanında oldu, əsgərinin yanında oldu. Bir çox özünü “vətənpərvər” adlandıran lakin vətənin dar günündə, informasiya cəbhəsində sakit duranlar bir şeyi bilməlidirki, bu gün şəhid ailəsinin yanında duran siyasi partiya YAP-dır, informasiya cəbhəsində gecə gündüz demədən düşməşmənin qarayaxmalarına qarşı müharizə aparan YAP-dır! Ulu Öndərin siyasi dehasıyla dediyi gələcəyin partiyası müzəffər Ali baş komandanın rəhbərliyi keçirilən VII qurultayda qarşıya qoyulan yol xəritəsi bir daha partiyamızın gələcəyin, xalqın partiasını olduğunu göstərdi.  Mən özümü çox xoşbəxt hiss edirəm ki, bu qələbə sevincini yaşamaq, bu tarixi zəfərin şahidi olmaq mənə də nəsib oldu.  Mən gələcəyin jurnalisti olaraq, o torpaqlara ayaq basacağım üçün özümü çox şanslı hiss edirəm. Partiyamızın VII qurultayı ölkəmizin ictimai – siyasi həyatında mühüm rol oynayır. Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası hər zaman xalqın rifahı üçün çalışmış, ölkənin inkişafı ilə bağlı bir sıra işlər görmüş və görməyə davam edəcəkdir. 

   

Hörmətlə: Bakı Dövlət Universitetinin I kurs tələbəsi Lalə Əhmədova