Yaşayış binasında partlayış olub, ölənlər var

Esed Abasli 06/03/2022

İranda yaşayış binasında partlayış olub.

Bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

Hadisə nəticəsində azı 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Partlayış ölkənin qərbindəki Lorestan əyalətində baş verib.

Agentliyin məlumatına görə, hadisə qaz sızması nəticəsində baş verib və təfərrüatları dəqiqləşdirilir.