Yardımlıda baş verən qəza 100-dən çox abonenti qazsız qoydu

Röya Vahabova 13/08/2020

Avqustun 13-də axşam saatlarında baş verən avtomobil qəzası zamanı Yardımlı rayonunun Gavran kəndini təbii qazla təmin edən diametri 219 mm olan orta təzyiqli qaz xətti zədələnib. 

"Xəbərburo" bildirir ki, “Azəriqaz”dan verilən məlumata görə, təqribən 35 m uzunluğunda qaz borusunu qəzaya uğrayan “Niva” markalı maşın sürüyərək yararsız hala salıb.