Yaponiyada rekord yoluxma

Röya Vahabova 22/07/2020

Yaponiyada son sutka ərzində 750 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə qeydə alınan ən yüksək göstərici olub. “Xəbərburo” bildirir ki, bu barədə “Kiodo” agentliyi xəbər verib. 

Yaponiyada COVID-19-a yoluxanların sayı 27,8 min nəfəri ötüb. İnfeksiyanın ən böyük yayılma ocağı Tokio şəhəridir. Burada 10 mindən çox insan yoluxub.

Ölkədə mindən çox pasiyent virusun qurbanı olub.