Yanğınla mübarizə üsullarının effektiv təşkili ilə bağlı təlim keçirilib.

Aynur 02/09/2021

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin nümayəndələri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şimal regionunda fəaliyyət göstərən qurumlarının əməkdaşlarının birgə təlimi keçirilib.


“XəbərBüro” xəbər verir ki, yanğın təhlükəsizliyi qaydalarına həsr olunan təlimdə iştirakçılara hadisə baş verən anda düzgün koordinasiyanın qurulması, qüvvə və texnikaların vaxtında əraziyə cəlb edilməsi, yanğınların başvermə səbəblərinin araşdırılması və birgə mübarizə üsullarının effektiv təşkili barədə təlimatlar verilib.