"Xonçası oynamayan, toyu çalınmayan balam" - Azərbaycanlı müğənninin bircə balası öldü

Fəxriyyə Qüdrətli 18/07/2020

Tanınmış müğənni İbrahim Borçalının ailəsində dəhşət yaşanıb.


"Xəbərburo" xəbər verir ki, ifaçının gənc oğlu avtoqəzada həyatını itirib. Bu barədə şairə Nazilə Səfərli instaqramda məlumat yayıb. Hadisə Bakıya qayıdarkən Gürcüstanın Marneuli rayonunun Şulaveri kəndində baş verib.

Qeyd edək ki, müğənninin cəmi 1 oğlu olub. 22 yaşlı Rəhim Türkiyədə təhsil alıb. O, universiteti bu il bitirib.