Xocavənd, Cəbrayıl və Zəngilanın bir neçə kəndi azad olundu

Məmmədzadə Zərintac 23/10/2020

Xocavənd, Cəbrayıl və Zəngilanın  bəzi kəndləri azad olunub.

“XəbərBuro” xəbər verir ki,  Prezident İlham Əliyev bunu öz tvitter hesabında paylaşıb:

"Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"