Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Naftalanda tədbir keçirildi

Esed Abasli 26/02/2023

Naftalanda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Naftalan Şəhər Gənclər və İdman idarəsinin rəis müavini Elman Şərəfxanov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin direktoru Əfqan Baxşəliyev çıxış edib. 

Daha sonra Naftalan Heydər Əliyev Mərkəzinin əməkdaşı Sənan Haqverdiyev məruzə ilə çıxış edərək gənclərə faciə haqqında ətraflı məlumat verib, Xocalı soyqırımının bəşəriyyət tarixinə kütləvi terror aktı kimi daxil olduğunu söyləyib, həmin günlərdə baş verən qanlı hadisələri faktlarla diqqətə çatdırıb.

Xocalı faciəsinin tanıdılması istiqamətində görülən işlərdən danışıb. 

Sonda "Böyüməyən uşaqlar" filmi izlənilib.

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Naftalanda tədbir keçirildi Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Naftalanda tədbir keçirildi