XİN Türkdilli ölkələri təbrik etdi

Aynur 03/10/2021

3 Oktyabr - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümüdür.

“XəbərBüro” xəbər verir ki, bu münasibətlə Azərbaycan Xarici İşlər Nazirliyi Tvitter hesabında paylaşım edib.

“Türkdilli Ölkələrin Əməkdaşlığı Günüdür. Bütün Türkdilli dövlətləri və xalqları bu münasibətlə təbrik edir və əməkdaşlığımızın hər zaman güclü olmasını diləyirik!”, - XİN-dən bildirilib.