Xəzərdə boğulan şəxs bankda filial müdiri olub

Fəxriyyə Qüdrətli 20/06/2020

Bu gün Bakıda dənizdə boğulan Məmmədov Yusif İsak oğlu tanınmış bankların birində işləyib.

“XəbərBuro" "Qafqazinfo"ya istinadən bildirir ki, 1980-ci il təvəllüdlü Yusif Məmmədov “Xalq Bank”da filial müdiri olub. Yaxınları onun dənizdə uşağı xilas edərkən boğulduğunu bildirib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Məlumata görə, Yusif Məmmədov Xəzər rayonunda dənizin nəzarətsiz ərazisində boğulub.