Xətaidə ölümə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib

Məmmədzadə Zərintac 17/07/2020

Bakının Xətai rayonunda ölümlə nəticələnnə yol-nəqliyyat hadisəsi baş verib.

"Xəbərburo" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən olan məlumat əsasında, hadisə Gəncə prospektində qeydə alınıb.

Bildirilib ki, sürücü  E.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı sakini Ağadur Abdullayevi vurub.

 Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada dünyasını dəyişib.

Xətai RPİ faktla bağlı araşdırmaları davam etdirir.