Xavi Ernandes koronavirusa yoluxdu

Leyla Aliyeva 25/07/2020

İspaniya millisinin və "Barselona" klubunun sabiq yarımmüdafiəçisi Xavi Ernandes koronavirusa yoluxub.

“Xəbərburo” xəbər verir ki, bu barədə o, İnstaqram hesabında məlumat verib.

“Bir neçə gün əvvəl koronavirus infeksiyası ilə bağlı verdiyim test nəticələrim müsbət çıxdı. Xoşbəxtlikdən yaxşıyam. Bununla belə, xəstəlik keçib gedənədək karantin şəraitində qalacam. Həkimlərin icazəsindən sonra gündəlik işimə qayıdacam”.

Qeyd edək ki, Xavi Ernandes hazırda Qətərin “Əl-Sədd” klubunun baş məşqçisidir.