Xarici İşlər nazirinin iki müavini DTX-da olub

Məmmədzadə Zərintac 12/08/2020

Xarici İşlər nazirinin iki müavini  DTX-da saatlarla istintaqda  olublar.

"XəbərBuro" xəbər verir ki, Xarici İşlər nazirinin iki müavini – Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş vermiş pozuntulara dair DTX-ya çağırılıb, saatlarla ifadə veriblər.

Aparılan istintaq hərəkətlərinin nəticəsində yaxın günlərdə Xarici İşlər Nazirliyinin ali rəhbərliyinə aid vəzifəli şəxslərin həbsi gözlənilir.