Xarici hərbi attaşelər üçün brifinq olub

Məmmədzadə Zərintac 05/10/2020

 5 oktyabrda Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Azərbaycanda akkreditə etdiyi xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq baş tutub.

"XəbərBuro" xəbər verir ki, Müdafiə Nazirliyindən  məlumata əsasında, brifinq iştirakçılarının diqqətinə işğal olunmuş ərazilərdə həyata keçirilən əməliyyatların gedişatı və azad olunmuş ərazilər, düşmən qüvvələrinə vurulmuş ziyan barədə məlumat bildirilib. 

Qonaqlara təmas xəttindən xeyli uzaqda yerləşən Azərbaycanın şəhər və rayonlarına düşmənin raket və artilleriya zərbələri endirməsi haqda də ətraflı bilgi çatdırılıb.

Düşmənin açdığı atəş zərbələri nəticəsində dinc əhali və mülki infrastruktura dəyən ziyan, eləcə də düşmən ordusunun öz hərbi qulluqçularına qarşı göstərdiyi qeyri-insani münasibət və hərəkətlərə dair faktlar da nəzərə yetirilib.