Xaricdə olan vətəndaşların Azərbaycana gətirilməsi davam edir
15/08/2020

"Gürcüstanda olan vətəndaşlarımızın və Azərbaycanda olan Gürcüstan vətəndaşlarının da qarşılıqlı razılaşma ilə daşınması həyata keçirilir".
"Xəbərburo" bildirir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycanda olan Rusiya vətəndaşlarının qrafik çərçivəsində ölkəyə gətirilməsi davam edir:"Gürcüstanda olan vətəndaşlarımızın və Azərbaycanda olan Gürcüstan vətəndaşlarının da qarşılıqlı razılaşma ilə daşınması həyata keçirilir. Mərkəzi Asiya ölkələrindən isə bərə ilə vətəndaşların gətirilməsi nəzərdə tutulur".