Xalqımızı COVID-19 ölümlərindən bu peyvənd qoruya bilər - Azərbaycanlı alimdən CİDDİ ELMİ İDDİA

Esed Abasli 17/04/2020

"Xəbərburo" xəbər verirki “Koronavirusun bir çox insanda gizli şəkildə - simptomları ağır şəkildə üzə çıxmadan yayılması bu infeksiya ilə mübarizəni çətinləşdirir. Eləcə də, ölkələrin həmin xəstələri tapmasına mane olur ki, bu amil virusun sürətlə yayılmasına səbəb olur. Buna görə də bir çox elm adamlarının bütün ölkələr üçün iddiası ondan ibarətdir ki, rəsmi statistik rəqəmlərlə yanaşı, qeyri-rəsmi, hesaba alınmayan xəstə sayları da təkzibedilməzdir”.

N.Abdullayevin sözlərinə görə, sözügedən rəqəmlərin tapılması məqsədilə elm institutları fərqli modellərlə və tədqiqatlarla müxtəlif mülahizələr irəli sürürlər:

“Bu barədə Robert Kox İnstitutu Almaniya haqqında bildirir ki, burada hesaba alınmayan xəstələrin sayı o qədər də çox ola bilməz. Çünki Almaniya başqa ölkələrlə müqayisədə, pandemiyanın başlanğıcından virusa yoluxma şübhəsi olanları maksimum səviyyədə test edib.

Eyni zamanda bildirib ki, artıq Almaniyada da rəsmi hesaba alınmayan xəstələrin tapılması istiqamətində bir neçə böyük tədqiqata başlanılır və bunlardan ən önəmlisi qanda müvafiq anticismin tapılmasıdır.

Avstriyada Sora Elmi İnstitutunun hesaba alınmayan xəstələrin tapılması istiqamətində apardığı tədqiqatda göstərilir ki, rəsmi statistikaya alınan xəstələrlə tədqiqat nəticəsində aşkarlanmış ehtimal olunan xəstələr arasında böyük fərq var, belə ki, aprel ayının əvvəlinə rəsmi göstərilən rəqəm təqribən 8 500 viruslu xəstədir, həmin zamana tədqiqatın göstərdiyi rəqəm isə təxminən 28 500-dür.