Xalq artisti Röya Ayxan ikinci dəfə "Altın Kelebek" alıb

Məmmədzadə Zərintac 05/07/2020

Bu gün 46-cı “Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimi yeni formatda keçirilib.

"Xəbərburo" xəbər verir ki, Covid-19-a görə təxirə salınan mükafatlandırma mərasimi yeni dövrə uyğun konsepti ilə tamaşaçı qarşısına çıxıb. Gecədə mükafat qazanan məşhurlar elan edildikdən sonra onlarla əlaqə saxlanılıb, çıxışları yayımlanıb.

Pantene Altın Kelebek Mükafatlarında artıq 3-cü dəfədir ki, Azərbaycan üçün xüsusi kateqoriya ayrılır. Bu il də 8 məşhur; Azad Şabanov, Elçin Cəfərov, Gülay Zeynallı, Nura Suri, Oksana Rəsulova, Pərvin Abiyeva, Röya Ayxan və Sevda Yəhyayeva “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə namizəd olublar.

Azərbaycanlı izləyicilərin verdiyi səslər nəticəsində “Altın Kelebek”in qalibi Xalq artisti Röya Ayxan seçilib. İkinci dəfə bu mükafatı qazanan müğənni mükafatını hazırkı pandemiya səbəbilə itirdiyi sənətçi dostlarına həsr etdiyini söyləyib. Xalq artisti xüsusi olaraq hazırladığı repertuarı ilə mükafatlandırmanı daha da maraqlı edib.