Xaçmazda 3 gənc qadın itkin düşdü

Esed Abasli 18/12/2021

Xaçmazda 3 gənc qadın itkin düşdü


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  "XəbərBüro" ya verilən məlumata görə, rayon sakini, 2004-cü il təvəllüdlü Kamilə Kərimova dekabr ayının 5-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.


K.Kərimovanın boyu 149 santimetrdir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində qırmızı rəngli gödəkçə, göy cins şalvar və qəhvəyi rəngdə idman ayaqqabısı olub.


Bundan başqa, rayon sakini, 2004-cü il təvəllüdlü Hürpəri Seyidova noyabr ayının 27-də yaşadığı evi tərk edərək bir daha geri qayıtmayıb.


H.Seyidovanın boyu 165 santimetr, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində qəhvəyi rəngdə don və ayağında qara rəngdə çəkmə olub.


Həmçinin, rayon sakini, 1994-cü il təvəllüdlü Rüfanə Çələbiyeva da noyabr ayının 27-də yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb. R.Çələbiyevanın boyu 156 santimetr, arıq bədən quruluşludur.