Xaçmazada gənc elektrik cərəyanı vurması nəticəsində öldü

Nadir Hüseynov 16/06/2020

Xaçmaz rayonunda elektrik cərəyanı gənc oğlanı vuraraq öldürüb.


“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qımılqışlaq kəndi ərazisində baş verib.


Belə ki, kənd sakini, 1997-ci il təvəllüdlü Bağırov Yaqub Zümrüd oğlu bağda gilas yığan zaman əlindəki dəmir nərdivan elektrik naqillərinə toxunub. Nəticədə 10 min voltluq elektrik xətti onu vuraraq öldürüb.


Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz şəhər şöbəsinə yerləşdirilib.


"Xəbərburo" "Report"a istinadən bildirib ki, Bağırov Yaqub elektrik cərəyanı vurması nəticəsində ölməyib:


“Hadisə yerinə özüm getməsəm də idarə əməkdaşları baxış keçirib, xəttin hündürlüyü standartlara uyğundur. Ağacla sözügedən elektrik xəttinin arasında 2 metr ara məsafəsi var. Həmin şəxsi elektrik cərəyanının vurmasından söhbət gedə bilməz. Bununla prokurorluq və polis məşğul olur”.


Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon şöbəsinin əməkdaşları isə vurğulayıb ki, 23 yaşlı gəncin ölümünə səbəb hər iki ayağından cərəyan vurması nəticəsində əmələ gələn xəsarətlər olub