
"WhatsApp” son bir həftədə ikinci yeniliyi ilə sevindirdi
16/06/2020
“WhatsApp” messencerində yeni funksiya işə salınıb. Belə ki, tətbiqə pul köçürmə xidməti əlavə edilib.
"XəbərBuro" xəbər verir ki, bu barədə “Facebook” rəhbəri Mark Zukerberq öz səhifəsində məlumat verib.
Hələlik yenilik yalnız Braziliyadakı istifadəçilər üçün əlçatandır.
Qeyd olunur ki, bu xüsusiyyət kiçik biznesdə məhsulu messencer tətbiqi vasitəsilə birbaşa satmağa imkan verəcək. Yeni xüsusiyyət təhlükəsiz köçürmələri təmin edən “Facebook Pay” ödəniş sistemində işləyir.
Xatırladaq ki, bir neçə gün öncə “WhatsApp”ın istifadəçilərə çatlarda tarix üzrə axtarış imkanı verəcək funksiyası barədə elan edilmişdi.
Related Articles



2022-05-02 00:04:39
Coinbase yeni kriptovalyuta startapı Coinbase Intelligence-ı elan edib










2020-08-19 03:26:58
Bakıda avtomobillərin texniki baxışı üçün yeni mərkəz fəaliyyətə başladı

2020-08-13 13:51:58
SpaceX-in Starlink peyk internetinin ilk test nəticələri ortaya çıxıb









