"WhatsApp"-da təzə funksiya yaradılır!

Məmmədzadə Zərintac 12/06/2020

"WhatsApp" proqramının yaradıcıları çatdakı ismarıcları tarixinə görə tez tapan təzə  funksiyanı təcrübədən keçirirlər.


Bu barədə  "XəbərBuro" "Report"a istinadən xəbər verir. 


Sözügedən  messencerdə artıq ismarıcı axtarış funksiyası olsa da, hər hansı postu göndərilmə və ya qəbul tarixinə görə tapmaq çətinlik törədir.


Təzə  funksiyada isə lazımi postu tapmaq üçün axtarış rejimində müvafiq tarix işarəsini basmaq yetərli olacaq!