Volodimir Zelenski: "Qərblə Rusiya arasında qalmışıq”

Esed Abasli 24/03/2022

"Biz indi Qərblə Rusiya arasında qalmışıq”.
 
XəbərBüro "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün keçirilən fövqəladə iclasında çıxış edərkən deyib.
 
"Biz bir aydır ki, qəhrəmancasına müqavimət göstəririk. Qlobal təhlükəsizliyin və dinc ölkənin asayişinin məhv edilməsinə görə bir aydır cəzasızlıq hökm sürür. Bütün bunlar isə dünyanın gözü qarşısında baş verir. NATO bunları başa düşməlidir”,- o bildirib.