
Volodimir Zelenski İlham Əliyevi Ukraynaya səfərə dəvət etdi
15/12/2021

“İki il bundan əvvəl Azərbaycandakı görüşümüzlə bağlı çox yaxşı xatirələrim var. Azərbaycan çox qonaqpərvər ölkədir”.
XəbərBüro bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.
“Fürsətdən istifadə edərək Sizi Ukraynaya səfərə dəvət edirəm. Ümid edirdim ki, Siz bizim müstəqilliyimizin 30-cu ildönümündə ölkəmizə səfər edəcəkdiniz, lakin COVID-ə görə bu günlərdə dünyada vəziyyətin çətin olduğunu da başa düşürəm.
Lakin müstəqilliyin 30-cu ildönümü bütün il ərzində qeyd olunur - avqust ayından növbəti ilin avqust ayınadək. Buna görə ümid edirəm ki, Siz imkan tapıb Ukraynaya gələcəksiniz və biz Sizin səfərinizi səbirsizliklə gözləyəcəyik”, - o vurğulayıb.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
