Vladimir Zelenski yardım istəyir

Esed Abasli 24/03/2022

Vladimir Zelenski NATO-dan “məhdudiyyətsiz” hərbi yardım istəyir

Martın 24-də Vladimir Zelenski NATO üzvü olan ölkələrdən Ukraynaya bir ay əvvəl ölkədə hücuma başlayan Rusiya ordusu ilə döyüşmək üçün “məhdudiyyətsiz hərbi yardım” istəyib.

“İnsanları və şəhərlərimizi xilas etmək üçün Ukraynaya məhdudiyyətsiz hərbi yardım lazımdır. Necə ki, Rusiya məhdudiyyətsiz olaraq bizə qarşı bütün arsenalından istifadə edir”, - deyə Vladimir Zelenski Telegram hesabında Brüsseldə fövqəladə sammitdə görüşən Atlantik Alyansının dövlət və hökumət başçılarının diqqətinə çatdırdığı videomüraciətində bildirib.