Vladimir Putinin illik gəliri açıqlanıb

Məmmədzadə Zərintac 14/08/2020

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il üçün gəlirləri 9 milyon 726 min 595 rubl, orta hesabla - ayda təqribən 810 min rubl təşkil edib. “XəbərBuro"  xəbər verir ki, prezidentin gəlir, xərclər və əmlak barədə Bəyannaməsi  14 avqustda Kremlin saytında dərc olunub.

Dövlət başçısının 2018-ci ildəki qazancı təxminən 8,65 milyon rubl olmuşdu. 

Bəyannamədə Prezidentin əmlakının siyahısı dəyişməyib. Onun mülkiyyətində sahəsi 77 kv.m. olan mənzil və sahəsi 18 kv.m. olan qaraj, iki nadir “Volqa” QAZ M21, “Niva” və “Skif” qoşqusu var. Dövlət başçısının istifadəsində mənzil sahəsi 153,7 kv.m. olan mənzil və kv m. qaraj yeri var. Bu obyektlər Rusiyada yerləşir.