Virusa yoluxub, simptom büruzə verməyənlərin sirri ortaya çıxdı: bu orqanlara DİQQƏT

Fəxriyyə Qüdrətli 21/06/2020

“Simptomsuz daşıyıcı” adlanan koronavirus testi pozitiv çıxan insanların böyrək və ağciyərlərində ciddi zədələr aşkarlanıb.

"XəbərBuro" "Publika"a istinadən bildirir ki, bu barədə ABŞ-ın Corc Mason Universitetinin Biologiya üzrə doktoru Ança Baranova danışıb.


Onun sözlərinə görə, simptomları büruzə verməyən koronavirus xəstələrinin yaşı adətən gənc olur. Lakin mədəaltı vəzi baxışdan keçiriləndə və ağciyərləri tomoqrafiyaya salınanda həmin insanlarda ciddi zədələr aşkarlanır: “Bu zədələrin üzə çıxarılması üçün ağciyərlərin həcminin ölçülməsi də kifayət edə bilər. Ağciyərlər kiçilməyə başlayıbsa, qarşınızda koronavirusa yoluxma faktı ola bilər”.

Həkimin fikrincə, koronavirusa yoluxan, lakin simptom büruzə verməyən şəxslərin əlamətlərindən biri böyrəklərin funksiyalarının zəifləməsidir. Bunun üçünsə xəstədən qan analizi götürülməlidir.