Vilma Elles ötən il ayrıldığı sevgilisi Kerem Göğüşü məhkəməyə verib.
Leyla Aliyeva 10/07/2020
"Xəbərburo" xəbər verir ki, Türkiyənin məşhur aktrisası İstanbul Ailə Məhkəməsinə müraciət edərək iki övladına tək baxdığını, K. Göğüşün maddi yardım göstərmədiyini vurğulayıb.
V. Ellesin yazdığı şikayət ərizəsində qeyd olunub: “ 2014-cü ildə tərəflər arasında müqavilə imzalanıb. K. Göğüş hər bir uşaq üçün 770 avro ödəməyi qəbul edib. Amma bu günədək uşaqlara heç bir maddi yardım göstərilməyib”.