Viktor Orban miqrantların gəlməsinin dayandırılmasını söyləyib

Məmmədzadə Zərintac 07/08/2020

Macarıstanın Baş Naziri Viktor Orban söyləyib ki, miqrantların ölkəyə gəlməsi dayandırılmalıdır. Onun fikrincə, bu insanlar bioloji təhlükə yaradır.

“Ölkəyə nəzarətsiz daxil olmaq istəyən bütün qeyri-leqal miqrantlar nəinki Macarıstan qanunlarını pozur, həm də bioloji təhlükə yaradır. Bu söz ciddidir və mən onu ehtiyatla deyirəm”, - “İnterfaks” Orbanın sözlərini sitat gətirir.

"XəbərBuro"nun məlumatına görə Siyasətçi deyib ki, heç də bütün miqranlar “bizi yoluxdura bilməz”, amma bəziləri həqiqətən COVİD-19-a yoluxmuş ola bilər. Macarıcstanlı Baş Nazir hesab edir ki, ölkəyə gələn bütün insanlar potensial koronavirus daşıyıcıları hesab edilməlidir.