“Vikipediya” təlimlərində iştirak etmiş tələbələrlə görüş

Esed Abasli 16/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Qorqud” Vikipediya Metodik Klubunun Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında təşkil etdiyi təlimlərin fəal iştirakçısı olan tələbələrlə görüş keçirilib.
"XəbərBüro" bildirir ki,bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Bildirilib ki, tədbiri fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu açaraq təlimləri uğurla başa vuran gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Samir Xalidoğlu fakültədə fəaliyyət göstərən “Vikipediya” klubu haqqında məlumat verib, görülən işlərdən bəhs edib.
Sonra BDU-nun Tarix fakültəsinin tələbəsi “Qorqud” Vikipediya Metodik Klubunun eksperti Sübhan Xıdırzadə təmsil etdiyi klubun gördüyü işlərdən danışıb, öz təcrübəsini tələbələrlə bölüşüb, onların suallarını cavablandırıb.
Tədbirdə fakültədə əvvəllər mövcud olmuş, pandemiya səbəbindən fəaliyyəti zəifləmiş “Vikipediya” klubunu "Qorqud" Vikipediya Metodik Klubunun təlimlərində uğurla iştirak etmiş tələbələrlə yenidən formalaşdırmaq qərara alınıb.
Qeyd edək ki, “Vikipediya” təlimlərində fəal iştirak etmiş tələbələr Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən diplomla təltif olunacaqlar.