Vətəndaşlardan maksimum xarici səfərlərdən çəkinmələri tələb edilir
10/07/2020

"Vətəndaşlara müraciət edirik ki, maksimum xarici səfərlərdən çəkinsinlər".
"Xəbərburo" xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə söyləyib. O qeyd edib ki, ölkələrdə epidemioloji vəziyyət dəyişə bilər: "Bu zaman sərhədlər bağlanar. Bizim onları ölkəyə gətirməyimiz çətinləşər".