Vətəndaş saxta yolla 1 milyon 800 min manat pensiya alıb

Esed Abasli 18/12/2021

"Elə vətəndaş olub ki, 14 il ərzində saxta yolla 1 milyon 800 min manat pensiya alıb".

"XəbərBüro" xəbər verir ki, bu fikirləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media orqanlarının rəhbərləri ilə görüşündə deyib. 

Nazir qeyd edib ki, həmin fakt üzrə aparılan araşdırmaların nəticəsində  o şəxsin saxta əlilliyi ləğv olunub.