“Vernatun”: “Ermənistanda son 2 il ərzində baş vermiş siyasi inkişaflar ölkənin mövqeyini zəiflədib"

Togrul Quliyev 28/06/2020

İyunun 26-da Ermənistanın “Vernatun” ictimai-siyasi klubunun ofisində klubun Qarabağ, təhlükəsizlik və xarici əlaqələr komissiyasının təşəbbüs göstərdiyi növbəti müzakirə baş tutub.

XəbərBuro Ordu.az-a istinadən xəbər verir ki, müzakirə zamanı klubun üzvləri və dəvət olunmuş mütəxəssislər xarici siyasət məsələləri, Dağlıq Qarabağ danışıqlar prosesində yaranmış vəziyyət və digər regional inkişaflar haqqında danışıblar.

Klubun bəyanatında qeyd olunub ki, Ermənistanda son 2 il ərzində baş vermiş siyasi inkişaflar həm danışıqlar masası ətrafında, həm də beynəlxalq platformalarda ölkənin mövqeyini zəiflədib.