Velosipedçi qəzada ölüb

Məmmədzadə Zərintac 28/07/2020

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.  

“XəbərBuro" xəbər verir ki, dünən Binəqədi qəsəbəsi ərazisində Ağsu rayon sakini T.Zeynalov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə velosiped sürən Abşeron rayon sakini R.Şəfiyevi vurub.

Bu səbəbdən velosipedçi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Binəqədi RPİ  araşdırmaları davam etdirir.