"Vaxtında dayanmaq qərarı verdik, əks halda vəziyyətimiz daha pis olardı"

Məmmədzadə Zərintac 11/11/2020

“Yerevan Dağlıq Qarabağ münaqişəsində dayanmağa vaxtında qərar verdi”.

“XəbərBuro” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Rossiya 1” kanalının efirində söyləyib. O deyib ki, baş verənlərə görə məsuliyyəti özü daşıyır və daşıyacaq:

“Bu, bizim üçün böyük uğursuzluq idi, itirilən həyatlara görə böyük faciə, fəlakət idi. Başqa həll yolu mümkün deyildi. Bu bəyanat imzalanmasaydı, vəziyyət daha da pisləşəcəkdi. Vaxtında dayanmaq qərarı verdik, əks halda vəziyyətimiz daha pis olardı. Bundan dərs almalıyıq”.