Vaqif Dərgahlı: " PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var"

Məmmədzadə Zərintac 16/07/2020

"PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var".

"Xəbərburo"  xəbər verir ki, bu sözləri  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı Azərbaycan Ordusunun döyüş pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində Tavuş vilayətinin Çinari kənd sakini Aramais Hovakimyanın yaralandığı barədə Ermənistan müdafiə nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı şərh edən zaman söyləyib.

“Əlbəttə, Azərbaycan zəngin və özünü təmin edən bir dövlətdir, lakin öz pulunu boş yerə xərcləməyəcək.

Birincisi, əvvəllər dediyim kimi, heç vaxt yaşayış məntəqələrini atəşə tutmuruq. İkincisi, bizim PUA-lar üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var, məsələn, Ermənistan ordusunun mövqeləri. Biz də elə bunu edirik”.