Vaqif Dərgahlı: " Düşmən ərazisində heç bir ölən hərbi qulluqçumuz yoxdur"

Məmmədzadə Zərintac 16/07/2020

“Erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur”. 

“Xəbərburo"  xəbər verir ki, bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin “ölən və yaralananların götürülməsinə icazə verəcəkləri barədə” dediklərinə cavab verib.

“Bildiririk ki, düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin” -, deyə qeyd edib.