Vankuverdə yaşayan azərbaycanlılar aksiya keçiriblər

Məmmədzadə Zərintac 26/07/2020

 26 iyulda Kanadanın Vankuver şəhərində azərbaycanlı icmasının təşkilatçılığı və iştirakı ilə  Tovuz istiqamətində baş verən erməni təxribatına etiraz əlaməti olaraq izdihamlı nümayiş keçirilib "Qafqazinfo"ya əsasən "XəbərBuro"  xəbər verir ki, bununla bağlı  Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

"Vancouver Art Gallery" meydanına toplaşan azərbaycanlılar və burada yaşayan türklər Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıraraq dövlətimizə və ordumuza dəstək olduqlarını göstəriblər.  Nümayişçilər söyləyiblər ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, erməni təxribatlarının dayandırılması, beynəlxalq ictimaiyyətin diqqətinin Ermənistanın işğalçılıq siyasətinə cəlb olunmasın üçün səslərini qaldırıblar.

Aksiyanın Kanadanın qanunları çərçivəsində, icazəli şəkildə keçirilməsinə rəğmən, nümayişçilər son anda burada da ermənilərin təxribatı ilə üzləşib. Erməni quldurları meydana gələrək aksiyaya mane olmağa çalışıblar. Vankuverin azərbaycanlı icması erməni təxribatına dair Kanada dövlətinə müraciət edib və aksiyanın keçirildiyi yerdə polislərin sayı daha da artırılıb. Aksiya insidentsiz bitib.