Vaksinasiya ilə bağlı son vəziyyət

Esed Abasli 16/12/2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 303 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 335, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 126, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 22 842 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 990 538, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 131 789, ikinci mərhələ üzrə 4 630 793 nəfər təşkil edir.

Ümumilikdə isə 1 227 956 “buster” doza vurulub.