ÜST Azərbaycanda karantinin sərt olmasını məsləhət görə bilər

Məmmədzadə Zərintac 25/06/2020

“Əgər ölkələrdə əhali və ya hökumət tərəfindən görülən tədbirlərə yetərincə diqqət edilməzsə, ÜST-ün məsləhəti karantin rejiminin sərtləşdirilməsi istiqamətində olacaq”.

“Qafqazinfo”ya əsasən "Xəbərburo" xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı söyləyib:

“Çünki əlimizdə başqa bir silahımız yoxdur. Hökumət əhalinin sağlamlığını qorumaq üçün əlindən gələni etmək məcburiyyətindədir, ancaq əhali də bu tədbirlərə öz sağlamlığını qorumaq üçün əməl etməlidir. Əgər ölkə içərisində xəstəliyə yoluxma halında ciddi sürətli artım müşahidə olunarsa, ÜST-ün karantinin sərtləşdirilməsi ilə bağlı tövsiyəsi ola bilər. Azərbaycan da bütün statistikanı dəyərləndirib ona uyğun qərar verəcək”.