Uşaqların dalaşması səbəbindən valideynlər bir-birinə silahla hücum ediblər

Məmmədzadə Zərintac 01/08/2020

Türkiyənin Adıyaman vilayətinin Besni rayonunda uşaqların mübahisəsi qanla sonlanıb.

“XəbərBuro" xəbər verir ki, eyni məhəllədə yaşayan Baysor və Akar ailələrinin uşaqları oyun zamanı dalaşıblar.

Uşaqlar hadisəni ailələrinə danışıb və  valideynlər arasında silahlı münaqişə yaranıb.

Bir ailənin üç, o birinin bir üzvü yaralanaraq, xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin - Mustafa Akarın həyatını xilas qurtarmaq olmayıb.

Davada iştirak edən digər şəxsləri polis  saxlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.