Uşaq sığınacağından anasının yanına dönən 15 yaşlı qız növbəti dəfə bədənində xəsarətlərlə evdən qaçıb

Esed Abasli 17/10/2021

Reabilitasiya keçdikdən sonra öz istəyilə anasının yanına gedən 15 yaşlı qız bədənində xəsarətlərlə evdən qaçıb.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb. O qeyd edib ki, 15 yaşlı qız bir neçə ay əvvəl sığınacaqda reabilitasiya keçib: “Uşaq öz istəyi ilə anasının yanına gedib.

Təəssüf ki, növbəti dəfə üzərində fiziki xəsarətlərlə evdən qaçaraq sığınacağa gəlib. Ərazi üzrə 4-cü polis bölməsinə məlumat verilib, məsələ ilə bağlı araşdırma aparılacaq.

Uşaq əgər pisdirsə, onu pisliklərlə dolduran onun çevrəsidir, ailəsidir. Çox vaxt uşaqlar günahlandırılır. Bu, sizin məhsulunuzdur analar, atalar, nənələr, babalar və sonradan gələn “atalıqlar”.